"Qarabağ"ın qapıçısı Mateuş Koxalskinin qurtarışı UEFA Çempionlar Liqasında günün ən yaxşı qurtarışları sırasında yer alıb.
Offsideplus.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Qolkiperin Bakıda Niderlandın "Ayaks" komandasına qarşı oyundakı seyvi "7-liy"ə düşüb.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşən matç qonaqların qələbəsi ilə bitib - 4:2.