AZ

Məşhur muzeyə girişin qiyməti bahalaşdı

Fransada Versal Sarayı Muzeyinin rəhbərliyi qeyri-Avropa ölkələrindən Fransaya gələn bütün turistlər üçün giriş biletlərinin qiymətini artırmaq qərarına gəlib. Vətəninfo.az xəbər verir ki, bu barədə Agence France-Presse xəbər agentliyi məlumat yayıb. Artım Aİ-yə üzv dövlətin vətəndaşı olmayan ölkələrdən gələn, həmçinin İslandiya, Lixtenşteyn və ya Norveç vətəndaşı olmayan turistlərə şamil edilir. Biletlərin qiyməti üç avro artaraq 35 avro təşkil edəcək. Artım 9,4 faiz təşkil edəcək.

Xatırladaq ki, rəsmi məlumatlara görə, ötən il 8,4 milyon turist qəbul edib ki, onların da 83 faizi əcnəbilər olub. Xatırladaq ki, noyabrın 30-da Luvr Muzeyi də giriş biletlərinin qiymətini artıraraq, yenidən artımın Avrozona ölkələrinin: Aİ+Lixtenşteyn, Norveç və İslandiya vətəndaşı olmayan ziyarətçilərə şamil ediləcəyini şərt qoyub. Luvrda isə yanvarın 14-dən bir giriş bileti 32 avroya başa gələcək.

Seçilən
30
veteninfo.az

1Mənbələr