AZ

Maduro ABŞ-ni tənqid edib

Bakı. Trend:

Venesuela Prezidenti Nikolas Maduro ABŞ hökumətindən həmVenesuelaya, həm də Latın Amerikasına yönəlmiş müdaxilə, rejimdəyişikliyi və çevriliş siyasətinə son qoymağı tələb edib.

Trend xəbərverir ki, o, bu barədə mitinqdə bildirib.

“Biz ABŞ hökumətindən Venesuela və Latın Amerikasına qarşıqeyri-qanuni, qəddar müdaxiləni, rejim dəyişikliyi siyasətini,dövlət çevrilişlərini və işğalları dayandırmasını tələb edirik”, –deyə Maduro qeyd edib.

Prezident vurğulayıb ki, nəcib, suveren və cəsarətli xalqaməxsus olan Venesuela heç vaxt imperiyanın müstəmləkəsinəçevrilməyəcək. O əlavə edib ki, Venesuela torpağının sərvətləri heçvaxt hər hansı bir imperiya tərəfindən talan edilməyəcək.

Dövlət başçısı bəyan edib ki, Venesuela tarlalarında çalışanişçilər ölkəni istənilən təcavüzkar imperiyadan müdafiə etmək üçünlazım gələrsə, əllərinə tüfəng, raket və tanklar götürəcəklər.

Mitinqdən əvvəl Maduro və nümayişçilər Karakas küçələrindəçoxminlik yürüşdə iştirak ediblər.

Seçilən
20
2
az.trend.az

3Mənbələr