AZ

Goranboyda iki nəfəri bıçaqlayan şəxs saxlanılıb - Yenilənib 

Goranboyda iki nəfərə bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən şəxs tutulub...

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində A. Məmmədov və V. İsmayılova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 22 yaşlı İlkin Cəfərov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Goranboyda bıçaqlanma hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, rayon sakini, 1996-cı il təvəllüdlü A. Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib və hazırda vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə, A. Məmmədov aralarında yaranan mübahisə zamanı qonşusu, 2003-cü il təvəllüdlü İ. Cəfərov tərəfindən bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib və faktla bağlı araşdırma aparılır.

Poliqon.info

Seçilən
62
4
poliqon.info

10Mənbələr