Yazını böyüt
Yazını kiçilt
Paris məhkəməsi "Google France" şirkətinin səhmlərinin 100%-nə həbs qoyulması barədə qərar çıxarıb. Sənəd dərhal icraya yönəldilir və bu, Rusiyanın "Quql" MMC-sinin "Google International LLC"yə qarşı müraciətinə yaxın vaxtlarda baxılması ilə əlaqədardır.
Hafta.az Rusiya KİV-ə istinadən xəbər verir ki, "Google International LLC" həm Rusiyadakı, həm də Fransadakı bölmələrin ana struktur kimi çıxış edir.
Rusiyada "Quql" MMC-nin iflas prosesi davam edir. Daha əvvəl Moskva Arbitraj Məhkəməsi ana şirkəti iflasdan əvvəl qanunsuz şəkildə çıxarılan 112 milyon avro dividenti geri qaytarmağa məcbur etmişdi. Bu qərar isə Rusiyanın müraciətinin Fransada tanınması və icrası üçün əsas olub.