AZ

Xabi Alonso Real dan qovulacağını düşünmür

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Real"ın baş məşqçisi Xabi Alonso komandasının Çempionlar Liqasının 6-cı turunda "Mançester Siti"yə məğlubiyyətindən (1:2) sonra gələcəyi barədə danışıb. Sport24.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb:

"Mən gələcəyimdən yox, növbəti matç üçün narahatam. Burada vacib olan "Real"dır. Hazırda komandaya, oyunçulara necə kömək edə biləcəyimi düşünürəm. İstefaya göndəriləcəyimlə bağlı məsələ heç nə fikirləşmirəm". 

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda komandanın "Mançester Siti"yə uduzacağı halda Alonsonu qovulacağı xəbəri yayılmışdı. "Real" hazırda Çempionlar Liqasında 12 xalla yeddinci yerdədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
sport24.az

1Mənbələr