AZ

“Samsung Galaxy” cihazlarına yeni gizlilik funksiyası gəlir

ain.az bildirir, Milli.az portalına istinadən.

"Samsung Galaxy" istifadəçiləri yaxın gələcəkdə "Samsung Gallery" tətbiqində yeni funksiyadan faydalana biləcəklər.

Milli.Az "SamMobile"a istinadən xəbər verir ki, bu funksiya sayəsində istifadəçilər istədikləri şəkil və videoları "Şəxsi albom"da gizlədə biləcəklər. Yeni sistem "Google Photos"dakı "Protected Folder" funksiyasının analoqu kimi işləyəcək.

Hazırda "Samsung" cihazlarında "Qorunan qovluq" ("Secure Folder") vasitəsilə şəxsi fotoları gizlətmək mümkündür, lakin bu şəkillər "Samsung Gallery" tətbiqində görünmür. Yeni funksiya ilə isə şəkillər və videolar birbaşa qalereyada gizlədilə biləcək.

Beta-test mərhələsində olan bu xüsusiyyətlə istifadəçilər "Qalereya"nın əsas ekranında "Menyu" düyməsini seçərək "Şəxsi albom"u aktivləşdirə və faylları asanlıqla gizlədə biləcəklər.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
62
1
news.milli.az

10Mənbələr