AZ

2 milyondan dövlətə borcu olan MKTB 168 min manatı bu şirkətə köçürə bilər – İcra Başçısı Elşad Həsənovun tabeliyindədir

Yasamal İH-in MKT Birliyinin 168 minlik alış siyahısı – Qalib “23 Steps” MMC oldu.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyi xidmət məqsədli malların satın alınması üzrə keçirdiyi tenderə yekun vurub. Satınalmanın qalibi “23 Steps” MMC olub və şirkətlə 168.000 AZN dəyərində müqavilə bağlanacaq.

Alınacaq məhsullar şəhər təsərrüfatında istifadə edilən müxtəlif təyinatlı inventar və texniki vasitələri əhatə edir:

polietilen plaş

qalın qolsuz jilet

uzunboğaz rezin çəkmə

qaloş və çəkmələr

qışlıq batinka

həyət süpürgələri (kərmək)

zibil torbaları

bel ucu iti və bel calov

100-lük akkumulyator

260-lıq xarici təkər

kiçik və böyük diafraqmalar

və digər təsərrüfat təyinatlı mallar

Qurum Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Eldar oğlu Həsənovun tabeliyində fəaliyyət göstərir və Mənzil-Kommunal Təsərrüfatı Birliyinə Hüseynov Vüsal Fazil oğlu rəhbərlik edir.

32gun.az-ın əldə etdiyi digər məlumata görə, Yasamal Rayon İcra Hakimiyyətinin Başçısının Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyinin dövlət büdcəsinə olan vergi borcu artıb və 2030039.05 AZN təşkil edir.

Xəbər vermişdik ki, Elşad Həsənovun rəhbərlik etdiyi Yasamal Rayon İcra Hakimiyyəti cəmi 7 ayda 21,7 milyon manatlıq tender müqaviləsi imzalayıb. Bu məbləğin əsas hissəsi “Ramco” QSC-yə verilmiş 17 milyon manatlıq söküntü və ərazinin təmizlənməsi müqaviləsindən ibarətdir.

Seçilən
115
nocomment.az

1Mənbələr