AZ

Çempionlar Liqası: "Qarabağ" doğma meydanda "Ayaks"a uduzub

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununda məğlub olub.

Far.Az-in məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda Niderlandın "Ayaks" klubu ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı matç qonaqların qələbəsi ilə bitib - 4:2.

Niderland klubu Liqa mərhələsində ilk qələbəsini qazanıb. "Qarabağ"ın turnirdə 7 xalı var.

***23:34

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda altıncı qol vurulub.

Far.Az-in məlumatına görə, qonaqlar matçda dördüncü dəfə fərqləniblər - 2:4.

Oskar Qlux 90-cı dəqiqədə dubl müəllifi olub.

***23:28

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda beşinci qol vurulub.

Far.Az-in məlumatına görə, bu dəfə qonaqlar hesabda önə keçib - 3:2.

83-cü dəqiqədə Anton Qoei adını tabloya yazdırıb.

***23:26

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda dördüncü qol vurulub.

Far.Az-in məlumatına görə, qonaqlar yenidən hesabı bərabərləşdiriblər - 2:2.

Oskar Qlux 79-cu dəqiqədə fərqlənib.

***23:24

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda növbəti qol vurulub.

Far.Az-in məlumatına görə, Azərbaycan təmsilçisi yenidən hesabda önə keçib - 2:1.

47-ci dəqiqədə Mateus Silva fərqlənib

***22:47

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ikinci hissə start götürüb.

***22:34

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ilk hissə başa çatıb.

Far.Az-in məlumatına görə, komandalar fasiləyə bərabərliklə yollanıblar - 1:1.

***22:26

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ikinci qol vurulub.

Far.Az-in məlumatına görə, qonaqlar hesabı bərabərləşdirib - 1:1.

Kasper Dolberq 39-cu dəqiqədə fərqlənib.

***22:36

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" oyununda hesab açılıb.

Far.Az-in məlumatına görə, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.

10-cu dəqiqədə Kamilo Duran adını tabloya yazdırıb

***21:55

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VI turunda turunda "Qarabağ" və "Ayaks" komandaları arasında matç başlayıb.

Far.Az-in məlumatına görə, matç Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası idarə edir. Matçın baş hakimi FİFA referisi Rade Obrenoviçdir. Ona Yuri Praprotnik və Qreqa Kordez kömək edirlər. Dördüncü hakim funksiyasını Mateo Tozan yerinə yetirir.

Video köməkçi sistemində (VAR) Matej Juqa, onun assistenti (AVAR) kimi isə Alen Borosaka çalışır.

Seçilən
40
4
far.az

10Mənbələr