AZ

“Qarabağ” “Ayaks”a məğlub oldu- YENİLƏNİB

Matç bitdi. “Qarabağ” doğma meydanda “Ayaks”a məğlub oldu.

***

Oskar Qlux 90-cı dəqiqədə dubla imza atır.

***

83-cü dəqiqədə Anton Qoei komandasını hesabda önə çıxarır.

***
78-ci dəqiqədə Oskar Qlux hesabı yenidən bərabərləşdirir.

***

Matçın 46-cı dəqiqəsində Mateus Silva komandamızı yenidən hesabda önə çıxarır.

***

Fasilə.

***

Kasper Dolberq 39-cu dəqiqədə bərabərlik qolunu vurur.

***

Maçtın 10-cu dəqiqəsində Kamilo Duran hesabı açaraq komandamızı önə keçirir.

***

Matç başladı. Uğurlar, “Qarabağ”.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsində "Qarabağ" və "Ayaks" (Niderland) komandaları arasında keçiriləcək VI tur oyunu üçün start heyətlər açıqlanıb.

Redaktor.az xəbər verir ki, komandalar Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də başlayacaq matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, , Pedro Bikalyo, Abdullah Zubir, Leandro Andrade, Kamilo Duran, Addai, Marko Yankoviç.

Baş məşqçi: Qurban Qurbanov.

"Ayaks": Vitejlav Yaroş, Ko İtakura, Lukas Rosa, Mokio, Moro, Steur, Qlouk, Aaron Bouman, Yuri Baas, Kasper Dolberq, Anton

Baş məşqçi: Fred Qrim

Canlı:

Seçilən
45
4
redaktor.az

10Mənbələr