AZ

Elm və Təhsil Nazirliyi 1,5 milyonluq odun alır

Modern.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi odun yanacağının daşınması xidməti üzrə 1 milyon 560 min 550 manat məbləğində müqavilə bağlayıb.

Modern.az xəbər verir ki, bir mənbə metodu ilə həyata keçirilən satınalmanın qalibi "Qala Express" MMC olub.

Müqavilənin şərtləri ilə bağlı məlumat verilməyib.

"Qala Express" MMC 22.06.2009 tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı, ev 44, nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsilçi Elşən Təvəkkül oğlu Şükürovdur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
56
2
modern.az

10Mənbələr