AZ

Respublikaçılar 28 ildən sonra Mayamidə demokratlara məğlub olub

ain.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mer seçkilərində Eilin Higgins Trampın dəstəklədiyi respublikaçı Emiliano Qonzalez üzərində 19 faiz fərqlə qalib gəlib

Floridanın Mayami şəhərində keçirilən mer seçkilərində demokratlar 28 il sonra qalib gəlib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, demokrat Eilin Higgins Prezident Donald Trampın dəstəklədiyi respublikaçı Emiliano Qonzalez üzərində 19% fərqlə (59-40) qalib gəlib.

Qeyd edək ki, Florida prezident seçkilərində ənənəvi olaraq respublikaçı namizədə səs verir. Mayami ştatın ikinci böyük şəhəridir. Ötən dəfəki mer seçkilərini respublikaçılar 67% fərqlə qazanmışdı. Bununla aydın olur ki, "qırmızı" ştatlarda demokratların səsləri xeyli yüksəlib. Bu isə 2026-cı il Konqres seçkilərində "mavi dalğa" ehtimalını artırır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
1
ayna.az

2Mənbələr