AZ

Lənkəranda avtomobil məktəblini vurub

ain.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.

Lənkəranda nəqliyyat vasitəsi 13 yaşlı məktəblini vurub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Lənkəran rayonunun Liman şəhəri ərazisində qeydə alınıb. Şəhərdaxili yolda hərəkətdə olan nəqliyyat vasitəsi piyada, 2012-ci il təvəllüdlü A.Kərimzadəni vurub.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 13 yaşlı məktəbli dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıb. Həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilib və müvafiq şöbəyə yerləşdirilərək müalicəsinə başlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
3
yeniazerbaycan.com

10Mənbələr