AZ

Qvardioladan Alonso barədə olay sözlər

Metbuat saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının Liqa mərhələsində keçiriləcək "Real Madrid"lə oyundan əvvəl diqqətçəkən açıqlamalar verib.

Metbuat.az xəbər verir ki, o, adı istefa xəbərlərində hallanan “Real”ın baş məşqçisi Xabi Alonso barədə danışıb. Qvardiola Alonso barədə, “Xabiyə uğurlar arzulayıram, amma onun karyerası ilə bağlı bir cavabım yoxdur. Florentino ilə danışmamışam və o da mənə Xabinin son oyunu olacağını deməyib. Böyük matçlarda qalib gələ bilməsəniz, işlər çətinləşəcək. Amma Xabi vəziyyəti nəzarətdə saxlayır və bütün bunların nə ilə bağlı olduğunu bilir”, - deyə bildirib. Qvardiola açıqlaması zamanı Alonsonun ünvanına olmasa da, bəzi biədəb ifadələrdən istifadə edib.

Qeyd edək ki, La Liqada son 5 oyunda bir dəfə qələbə qazanan “Real Madrid”in Çempionlar Liqasında “Mançester Siti"yə məğlub olacağı təqdirdə Xabi Alonsonun qovula biləcəyi iddia edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
1
metbuat.az

10Mənbələr