AZ

Qazaxıstan Çinə neft tədarükünü artıracaq



Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumu (CPC) - Kaztransoil-a hücumdan sonra Atırau-Samara boru kəməri və Xəzər dənizi vasitəsilə Çinə neft tədarükünü artıracaq.

Newscenter.az TASS-a istinadən bildirir ki, Qazaxıstan əvvəllər hücuma məruz qalmış Xəzər Boru Kəməri Konsorsiumu (CPC) boru kəməri sistemindən neftin marşrutunu dəyişdirəcək.

Bu barədə Qazaxıstanın milli neft kəməri operatoru “Kaztransoil” məlumat yayıb.

"Beynəlxalq tərəfdaşlar və yükgöndərənlərlə vaxtında və konstruktiv danışıqlar prosesi sayəsində Xəzər Boru Kəməri Konsorsiumunun boru kəməri sistemindən beynəlxalq neft axınlarının Samara və BTC (Bakı-Tbilisi-Ceyhan) istiqamətində yönləndirilməsi və tədarük həcmlərinin bir hissəsinin Çinə yönləndirilməsi imkanları razılaşdırılıb”, - deyə məlumatda bildirilir.

Cavid
Seçilən
60
1
newscenter.az

2Mənbələr