AZ

ABŞ generalı Bakıdan sonra İrəvana getdi

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ-ın Avropa Komandanlığının tərəfdaşlıq, təhlükəsizlik sahəsində əməkdaşlıq və kütləvi qırğın silahlarına qarşı mübarizə üzrə direktor müavini general-mayor Kris Makkininin rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanda səfərdədir.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətinin səfərinin məqsədi 8 avqustda Ağ Evdə keçirilmiş sammitdə əldə olunan razılaşmaların dəstəklənməsidir.

Kris Makkini 30 noyabr – 3 dekabr tarixlərində Bakıda səfərdə olub. Səfər çərçivəsində general-mayor Makkini Müdafiə Nazirliyində və Fövqəladə Hallar Nazirliyində görüşlər keçirib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
10
icma.az

10Mənbələr