AZ

Mingəçevir , Baku Sportinq və MOİK qalib gəldi

Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün futbol üzrə ölkə çempionatının 1-ci liqasında 10-cu tura start verilib."Football-plus.az" xəbər verir ki, turun ilk matçı Mingəçevirdə keçirilib. Burda şəhərin eyniadlı təmsilçisi "Cəbrayıl"ı məğlub edib. "Baku Sportinq" "doğma divarlar" arasında "Şahdağ Qusar"la qarşılaşıb. Günün növbəti matçında MOİK “Şimal”ı qəbul edib.Turun qalan oyunları dekabrın 11-nə təsadüf edəcək. Çempionluğa iddialıların “doğma divarlar” arasında keçirəcəyi oyunlara şahidlik edəcəyik: “Şəfa” “Zaqatala”nı, “Səbail” “Difai”ni qəbul edəcək. Elgiz Kərəmlinin komandası növbəti qələbəsini qazanmaqla liderliyini möhkəmləndirməlidi. Əsas rəqiblərini xeyli qabaqlayan paytaxt təmsilçisinin futbolçularında arxayınlıq yaranmayıbsa, 3 xala yiyələnmək çətin olmayacaq. Lakin cüzi səhv belə komandanın büdrəməsiylə nəticənə bilər. Axı “Zaqatala”nın inamlı oyununa, əzmkarlığına hamı bələddi. “Dənizçilər” isə yeni baş məşqçi Adil Şükürovun rəhbərliyi altında ilk sınaqdan üzüağ çıxmalıdı. Bayıl təmsilçisi mütləq qələbə qazanmalıdı ki, liderlə aradakı xal fərqi artmasın. Düzdü, rəqib çempionatın ən zəiflərindən olan “Difai”di. Ancaq ağsuluların bu mövsüm “Şəfa”dan xal qopardığını unutmamalıyıq, yəni onlar iddialılara “dişini göstərə” bilir!10 dekabrMingəçevir – Cəbrayıl 2:0Samir Abdullayev, 15-p. Qurban Səfərov, 52Mingəçevir, Yusif Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança).Baku Sportinq – Şahdağ Qusar 2:1Luka Stevanoviç, 2. Xəyyam Məmmədli, 28 - Ruslan Voronsov, 24Qırmızı vərəqə: Əli Mürsəlov, 15 (Baku Sportinq).Buzovna, qəsəbə stadionu. Saat 14.30.MOİK – ŞimalSeyxan Fərəcov, 20-p.; 71Binə, qəsəbə stadionu. Saat 14.30.11 dekabrŞəfa – ZaqatalaBinə, qəsəbə stadionu. Saat 14.30.Səbail – DifaiBakı, "ASCO Arena". Saat 15.00.Xal durumu: Şəfa - 23, Mingəçevir, Baku Sportinq - 19, Səbail - 18, Zaqatala - 16, Cəbrayıl - 12, MOİK - 11, Şahdağ Qusar - 10, Difai - 5, Şimal - 2.Bombardir: Seyxan Fərəcov (MOİK) - 9.KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
1
icma.az

2Mənbələr