AZ

Dönəri vaxtında yeməsəniz, zəhərlənmə ehtimalı qaçılmazdır AÇIQLAMA

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

“Gəncədə 8 şagirdin “Nur Dönər” kafesindən aldığı dönərdən zəhərlənməsi qida təhlükəsizliyi baxımından ciddi xəbərdarlıqdır”.Bunu Demokrat.az-a açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib.O deyib ki, dönər və digər ət məhsulları hazırlanandan dərhal sonra istehlak olunmalıdır:“Hazırlanmış dönəri iki saat saxlamaq, onu bakteriyaların sürətlə çoxalması üçün ideal mühitə çevirmək deməkdir. Bu vəziyyətdə zəhərlənmə qaçılmazdır.  Məlumata görə, şagirdlərin çoxu dönərləri dərhal yeməyib. Hətta, bir nəfər şagird dönərini evə aparıb. Bu gecikmə zəhərlənmənin əsas səbəbidir. Restoran sahibləri belə halların qarşısını almaq üçün ciddi tədbirlər görməlidir. Dönərlər hazırlanandan dərhal müştəriyə verilməli, artıq qalmış məhsullar saxlanılmamalıdır. Müştərilər yeməyi gecikdirməməyə təşviq edilməli, saxlanma və istilik rejimi ciddi nəzarətdə saxlanmalıdır. Hazır ət məhsullarının vaxtında istehlakı həyati əhəmiyyət daşıyır. Əks halda, zəhərlənmə riski yüksəkdir. Dönəri vaxtında yeməsəniz, zəhərlənmə ehtimalı qaçılmazdır. Bu hadisə həm restoran sahibləri, həm də valideynlər üçün ciddi xəbərdarlıqdır”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
70
demokrat.az

1Mənbələr