AZ

UEFA dan Almaniya klubuna sərt cəza gəlir

Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

UEFA-dan Almaniya klubuna sərt cəza gəlir

UEFA Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunu cəzalandırmağa hazırlaşır.

QOL.az xəbər verir ki, buna Çempionlar Liqası çərçivəsində “Barselona” ilə baş tutan oyunda (1:2) azarkeşlərinin davranışları səbəb olub. Belə ki, stadionda baş verən iğtişaşlar, meydana mütəmadi olaraq yad əşyaların atılması, pirotexniki vasitələrin yandırılması (hətta onlardan biri “Barselona” fanatlarının sektoruna atılıb) və tribunalardakı qarşıdurmalar qurumun diqqətindən qaçmayıb.

Matçın nümayəndəsi əşyaların növlərinə, miqdarına, hansı sektordan və hara atıldığına dair detallı hesabat hazırlayaraq UEFA İntizam Komitəsinə təqdim edib.

Hesabata əsasən, Frankfurt təmsilçisinin avrokuboklarda çox sərt sanksiyalarla üzləşəcəyi gözlənilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
76
3
qol.az

4Mənbələr