AZ

Bu sual həqiqətən məktəblilərə verilib? Rəsmi açıqlama

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

Sosial şəbəkədə 3-cü siniflərin Kiçik Summativ Qiymətləndirmə (KSQ) tapşırığında yer aldığı iddia olunan qalmaqallı sual paylaşılıb.

“Qafqazinfo” xəbər verir ki, iddiaya görə, “Atam həyətdə ... doğrayır” başlıqlı sualda nöqtələrin yerini doldurmaq üçün şagirdlərə adam və odun sözləri variant kimi təqdim edilib.

Sözügedən tapşırıq sosial şəbəkə istifadəçilərinin ciddi qınağına tuş gəlib. Sual qeyri-insani və şagirdlər üçün təhlükəli hesab edilib.

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) sorğumuza cavab olaraq bildirilib ki, paylaşım edilmiş hissə ümumi təhsil müəssisələrində istifadədə olan 3-cü siniflər üçün dərsliklərdə mövcud deyil.

“Belə bir test tapşırığı təhsili idarəetmə orqanları tərəfindən ümumi təhsil müəssisələrinə təqdim olunmayıb. Mənbəyi məlum olmayan hər hansı çap materialının dərslik və ya tədris vəsaiti kimi ictimaiyyətə təqdim edilməməsi, həmçinin əsassız və dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması xahiş olunur”, - deyə məlumatda əlavə edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
5
qafqazinfo.az

10Mənbələr