AZ

"İvanişvili rejimi Ermənistan-Azərbaycan nizamlanmasına mane olur" -Saakaşvili

"Ölkənin korrupsioner hakimiyyəti Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına mane olur".

Redaktor.az xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib. 

Hazırda həbəsdə olan eks-prezident "Facebook səhifəsində yazıb: "Məsələ burasındadır ki, Azərbaycan neft məhsullarının Ermənistana müntəzəm tədarükü ilə bağlı tarixi qərar qəbul edib ki, bu da hazırda yalnız Gürcüstan dəmir yolları ilə mümkündür. Elə bir tarif qoyulub ki, bundan birdəfəlik imtina etmək daha yaxşı olardı.

İvanişvilinin heç kimin belə tarifi ödəyə bilməyəcəyini bilməməsi mümkün deyil, ona görə də burada məqsəd Ermənistanla Azərbaycan arasında yaxınlaşma siyasətinə mane olmaqdır. Bilmirəm, onlar Trampın diqqətini cəlb etmək istəyirlər, yoxsa sadəcə Moskvanın gündəliyini yerinə yetirirlər".

Saakaşvilinin sözlərinə görə, hamının gözü qarşısında geosiyasi dram oynanılır.

Seçilən
59
2
redaktor.az

2Mənbələr