AZ

“Lənkəran” amerikalı basketbolçu ilə vidalaşıb

Bakı, 10 dekabr, AZƏRTAC

"Lənkəran" basketbol komandasında ayrılıq yaşanıb.

AZƏRTAC xəbər verir ki, bölgə təmsilçisi Raşed Dysonla vidalaşıb.

Mövsümün əvvəlində komandaya qoşulan amerikalı ilə qarşılıqlı razılıq əsasında yollar ayrılıb.

Qeyd edək ki, “Lənkəran” 23 yaşlı basketbolçunun ilk peşəkar klubu olub.

Seçilən
40
2
azertag.az

3Mənbələr