Mavritaniya səhrasında yerləşən ucqar bir kənd uzun illərdir elmi araşdırmaların diqqət mərkəzinə çevrilib. Səbəb isə kənddə doğulan insanların böyük əksəriyyətinin kor olmasıdır.
Publika.az xəbər verir ki, sakinlər arasında nəsillər boyu davam edən bu görmə itkisi genetik pozğunluqla əlaqələndirilir. Mütəxəssislər hesab edir ki, kəndin uzun müddət xarici dünyadan təcrid olunması həmin genetik xəstəliyin nəsildən-nəslə keçməsini sürətləndirib.
Elektrik, internet və digər müasir imkanlardan tamamilə uzaq olan kənddə həyat ənənəvi üsullarla davam edir. İnkişaf etmiş texnologiyalardan məhrum olmalarına baxmayaraq, icma üzvləri bir-birinə güclü bağlılıqları və illərlə formalaşmış təcrübələri sayəsində gündəlik həyatlarını davam etdirirlər.