Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbçiləri Mirnoqrad şəhərində vəziyyətin kritik həddə çatdığını bildiriblər.
KONKRET.az xəbər verir ki, bu barədə onlar Ukrainska Pravda nəşrinə danışıblar.
Məlumata görə, Rusiya qüvvələri şəhərin ayrı-ayrı rayonlarını mühasirəyə almağa yaxınlaşır. Ukraynalı hərbçilərin sözlərinə əsasən, rus qoşunları Mirnoqradın daxilində də öz hərbi iştirakını artırır.
“Ruslar Mirnoqrada gedən yolu kəsməyə çalışmaqla paralel olaraq şəhərin özündəki mövcudluğunu genişləndirir. Düşmənin dəqiq sayını müəyyənləşdirmək mümkün deyil, çünki müşahidə aparmaq üçün Ukrayna hərbçilərinin imkanları getdikcə azalır”, – məlumatda deyilir.
Qeyd olunur ki, vəziyyətin gərginliyi artmaqda davam edir və döyüş bölgəsində təhlükə səviyyəsi yüksək olaraq qalır.
Müşviq Tofiqoğlu
KONKRET.az