Bakı, 10 dekabr, AZƏRTAC
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (EMTA) İdarə Heyətinin sədri Samir Axundov energetika üzrə böyük mütəxəssis və tapşırıq qrupunun rəhbəri Rocer Koma Kunilin rəhbərlik etdiyi Dünya Bankının nümayəndə heyəti ilə görüşüb.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı “Azərbaycanda Bərpa Olunan Enerji Mənbələrinin Genişləndirilməsi Layihəsi” (AZURE), eləcə də elektrik enerjisi tariflərinin təkmilləşdirilməsi ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.
Tərəflər, həmçinin elektroenergetika sahəsində islahatların gedişatına nəzər yetiriblər.