ABŞ vizadan imtina proqramına daxil edilən 42 ölkədən olan turistlərin son beş ilə qədər olan sosial media məlumatlarını araşdırmağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Bildirilib ki, ABŞ Gömrük və Sərhəd Mühafizəsi vizadan imtina proqramına daxil edilən ölkələrdən olan turistlər üçün yeni tədbirlər tətbiq edəcək.
Belə ki, 42 ölkədən olan vətəndaşların rəqəmsal səyahət icazəsi olduğu müddətcə ABŞ-da vizasız 90 günə qədər qalmasına imkan verən yeni plan, müraciət edənlərdən tələb olunan məlumatların əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur.
Plan təsdiqlənərsə, potensial ziyarətçilərdən son 5 ildəki sosial media məlumatlarını, eləcə də son 10 ildəki elektron poçt ünvanlarını və ailə üzvlərinin adları, doğum tarixləri və yaşayış yerləri kimi məlumatları təqdim etmələri istənəcək.