AZ

Nikola Sarkozi: “Qərb artıq dünyanın mərkəzi deyil”

Ayna saytına istinadən ain.az xəbər verir.

“Əvvəllər bütün dünya Qərbə tabe idi, indi isə Qərb tabeçilikdədir”

“Qərb artıq dünyanın mərkəzi deyil və tabeçilik mövqeyindədir. Baxmayaraq ki, hələ bunu dərk etməyiblər”. Bu sözləri Fransanın keçmiş Prezidenti Nikola Sarkozi "Le Point" jurnalına verdiyi müsahibədə deyib.

"Qərb artıq dünyanın mərkəzi deyil. Əvvəllər bütün dünya Qərbə tabe idi, indi isə Qərb tabeçilikdədir. Bunlar demoqrafiya və coğrafiyanın reallıqlarıdır. Bu, danılmazdır. Biz bundan bütün lazımi nəticələri çıxarmamışıq", - deyə o bildirib.

Sarkozi qeyd edib ki, nəticədə "beynəlxalq səviyyədə heç bir çoxtərəfli struktur işləmir" və bütün qlobal arxitektura "yenidən icad edilməlidir".

“Məsələn, hazırda Qərb ölkələrində 800 milyon insan yaşayır. Asiya ölkələrinin ümumi əhalisi isə 4 milyarddır. Bundan əlavə, 20-ci əsrin ortalarında BMT Təhlükəsizlik Şurası yaradılandan bəri dünya əhalisi dörd dəfə artsa da, bu qurumun daimi üzvlərinin tərkibi dəyişməz qalıb. Xüsusilə, onların arasında nə Latın Amerikası, nə də bir ərəb və ya Afrika ölkəsi var”, - Sarkozi qeyd edib.

Fransanın sabiq Prezidenti dünyanın ən çox əhalisi olan Hindistanın hələ də Təhlükəsizlik Şurasının daimi üzvü olmadığını xüsusilə vurğulayıb: "Əgər bütün bu ölkələrin qlobal siyasi arxitekturanın bir hissəsinə çevrilməsinə icazə verilmirsə, qlobal problemlərə görə məsuliyyət daşımalarını necə gözləyə bilərik?”.

Sarkozi bildirib ki, Fransa hazırda "kimliyi tapdalandığı üçün" təhlükə altındadır.

“Eyni zamanda, İslam ölkədə getdikcə daha çox təsir gücü qazanır” və Sarkozinin fikrincə, buna qarşı çıxmaq üçün cəmiyyət dünyəvilikdən imtina etməli və "yəhudi-xristian köklərinə qayıtmalıdır".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
ayna.az

1Mənbələr