AZ

Korroziyaya nəzarət TANAP-ın boru kəmərinin təhlükəsizliyi və bütövlüyünün təmin edilməsi üzrə proqramının əsasını təşkil edir

Bakı. Trend:

Korroziyaya nəzarət boru kəmərinin təhlükəsizliyi vəbütövlüyünün təmin edilməsi üzrə proqramımızın əsasını təşkiledir.

Trend xəbər verirki, bunu Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) korroziya və katodmühafizəsi (CP) sahəsində inteqrasiya üzrə baş mühəndis Erkin Aksubu gün Bakıda keçirilən “Asset Integrity & Corrosion and CoatingsConference” adlı beynəlxalq konfransda bildirib.

“Risklərin idarə edilməsi (RBI) yanaşması çərçivəsində katodmühafizəsi ölçmələri, xətt üzrə təftiş məlumatları və boru kəmərimarşrutundakı torpağın növü nəzərə alınmaqla korroziya riskiqiymətləndirilir. Bu məlumatlar əsasında risk matriksiformalaşdırılır ki, bu da baxış tələb edən sahələri və onlarıntezliyini müəyyən etməyə imkan verir. Belə yanaşma xərclərinoptimallaşdırılmasına və aktivlərin xidmət müddətinin uzadılmasınakömək edir”, – deyə o bildirib.

E.Aksunun sözlərinə görə, uzunməsafəli boru kəmərləri üçün əsasçağırışlar daxili və xarici korroziya, eləcə də örtüyündeqradasiyasıdır.

“Bu proseslərin vaxtında idarə olunmaması qəzalara, istehsalındayandırılmasına, ekoloji problemlərə və ciddi maliyyə itkilərinəgətirib çıxara bilər. TANAP mühəndisləri örtük və katod mühafizəsisistemlərinin işini mütəmadi olaraq izləyir, sahə ölçmələri vəxarici baxışları əlaqələndirir, xətt üzrə təftiş məlumatlarınıxarici korroziya və metal itkisi baxımından təhlil edirlər. Bütünnəticələr GIS platforması vasitəsilə rəqəmsal formatda izlənilir”,– deyə o qeyd edib.

Məqalədə:
Seçilən
43
az.trend.az

1Mənbələr