AZ

Bakıda tıxaclar təəccüb doğurmur EKSPERT DANIŞDI

Sia Az saytına istinadən ain.az xəbər verir.

"Bakıda sıxlığın olması, tıxacların artması əslində təəccüb doğurmamalıdır. Çünki Bakı çoxmilyonlu bir şəhərdir-paytaxt şəhəridir, turistik şəhərdir və həmçinin sənaye şəhəridir". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, bu xüsusiyyətlər əhalinin sayının sürətlə artmasına səbəb olur, iqtisadiyyat genişlənir və nəticədə nəqliyyat vasitələrinə olan tələbat da təbii olaraq artır: "Hər gün minlərlə insan işə, məktəbə, ticarət və digər fəaliyyət sahələrinə üz tutur, bu isə şəhərdə hərəkət sıxlığını qaçılmaz edir.

Buna görə də, bu problemi aradan qaldırmaq və tıxacları minimuma endirmək məqsədilə artıq bu il dövlət tərəfindən xüsusi proqram qəbul olunub. “2025–2030-cu illəri əhatə edən Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun inkişafına dair Dövlət Proqramı” bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu dövlət proqramı, əslində, bir yol xəritəsi rolunu oynayır və onun müddəaları əsasında konkret işlər həyata keçirilir. Məqsəd tıxacların aradan qaldırılması, şəhərdaxili hərəkətin sürətlənməsi və nəqliyyat infrastrukturunun daha səmərəli işləməsinin təmin edilməsidir.

Proqram çərçivəsində yolların genişləndirilməsi, yeni yol qovşaqlarının inşası, ictimai nəqliyyat sisteminin inkişafı və ağıllı nəqliyyat idarəetmə sistemlərinin tətbiqi kimi tədbirlər nəzərdə tutulub. Beləliklə, gələcəkdə Bakıda nəqliyyat axınının daha rahat, təhlükəsiz və sürətli olması gözlənilir".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
1
sia.az

3Mənbələr