AZ

UEFA Gənclər Liqası: Qarabağ Ayaks a böyük hesabla uduzdu

ain.az xəbər verir, Fanat saytına əsaslanaraq.

UEFA Gənclər Liqasında Azərbaycanı təmsil edən "Qarabağ"ın U-19 komandası bu gün son oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv "Ayaks"ın gənclər komandası ilə üz-üzə gəlib.

"Azersun Arena"da keçirilən matçda niderlandlılar təmsilçimizi böyük hesabla yenib. 

Qeyd edək ki, "Qarabağ"ın U-19 komandası əvvəlki 5 turdakı oyunlarının hamısında uduzub - "Benfika" 1:7, "Kopenhagen" 0:5, "Atletik Bilbao" 0:3, "Çelsi" 0:6, "Napoli" 0:2. Beş oyunda 1 qol vurub 23-nü buraxan təmsilçimiz Liqa mərhələsində sonuncu - 36-cı pillədə qərarlaşıb. Qonaqlar isə 7 xalla 25-ci yerdədir.

UEFA Gənclər Liqası

Liqa mərhələsi, 6-cı tur

25 noyabr

14:00.  "Qarabağ" (Azərbaycan) - "Ayaks" (Niderland) 0:8

Qollar: Unuvar, 32, 43, 48. Ouazane, 37, 63. Açeamponq, 68, 77. Rəvan Teymurov, 86-öz qapısına.

Hakimlər: Marton Ruş, Qerqo Viq-Tarşoni, Balaj Şalay (hamısı Macarıstan), Cavid Cəlilov (Azərbaycan).

Bakı. "Azersun Arena".

"Qarabağ" meydana bu "11-lik"lə çıxıb: 12. Bilal Hacıyev, 2. Məsud Alışanlı, 3. Amin Rzayev, 8. Əli Qazıbəyov, 7. Əhməd Vəliyev, 10. Hikmət Cəbrayılzadə (k), 13. Rəvan Teymurov, 18. Əliəkbər Rzazadə, 23. Rəşad Alışov, 9. Əli İbrahim, 22. Toheeb Abiodun.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
4
fanat.az

5Mənbələr