Demokrat.az saytına istinadən ain.az xəbər verir.
"Dönərlərdən zəhərlənmə halları davam edəcək. Çünki bu sahədə istifadə olunan məhsulların mənşəyi məlum deyil. Ət məhsullarından zəhərlənmə nisbətən az olur. Toyuq ətində risk var, amma mal ətindən zəhərlənmə tez baş vermir. Ətin zəhərləyici hala gəlməsi üçün görünüşü və qoxusu dəyişməlidir, bu halda ona heç heyvan da yaxınlaşmır".Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.
O bildirib ki, dönərlərdə mayonez və ketçupdan istifadə olunur və bu məhsulların bir qismi yalnız bir neçə saat saxlanmalıdır:"Onlar isə obyektlərdə uzun müddət qalır. Həmçinin bəzən dönərlər bir gündən o biri günə saxlanılır. Halbuki bişirilən dönər həmin gün istehlak edilməli, sabaha saxlanmamalıdır. Soyuducuda saxlanılsa belə, artıq çirklənmə riski yaranır.Qida Təhlükəsizliyi Agentliyi elə iş aparmalıdır ki, insanlar hansı dönəri haradan almağın təhlükəsiz olduğunu bilsinlər. Bunun üçün xüsusi nişan, logo və ya göstərici tətbiq olunmalıdır. Hazırda dönər istehlakçıların sağlamlığına ciddi təhlükə yaradan, tədricən və ya qəfil zəhərlənməyə səbəb olan amilə çevrilib. Təəssüf ki, Qida Təhlükəsizliyi Agentliyinin bu sahədə fəaliyyəti zəruridir, ancaq kifayət etmir".Qeyd edək ki, Gəncə şəhərində 3-ü qız olmaqla 8 nəfər dönərdən zəhərlənib.Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.