AZ

Tovuz məktəbində TÜSTÜLƏNMƏ – Müəllim və bir şagird...

Tovuz rayonu Məşədilər kənd tam orta ümumtəhsil məktəbində sobada tüstülənmə baş verib.

Bizim.Media xəbər verir ki, Qazax-Tovuz Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, tüstülənmə nəticəsində 1 müəllim və 1 şagird özünü pis hiss edib və təcili tibbi yardıma müraciət edilib.

Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin baş vermə səbəbləri araşdırılır.

Bizim.Media

Seçilən
36
1
bizim.media

2Mənbələr