Azərbaycanda fəaliyyət göstərən və AFFA-nın təşkil etdiyi liqaların əksəriyyətində iştirak edən Avropa Futbol Akademiyası ("European Football Academy" - EFA) sponsorsuz qalıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, ötən ildən akademiya ilə əməkdaşlıq edən "Soliton" işbirliyini dayandırıb.
EFA-nın təsisçi-direktoru Vüsal Mustafayev saytımıza açıqlamasında xəbəri qismən təsdiqləyib:
"Doğrudur, son vaxtlar ödəmələrlə bağlı çətinlik yaranıb. Əməkdaşlığın dayandırılması mümkündür. Amma hələ dəqiqləşməyib. Bu ayın sonunda görüşüb növbəti il üçün əməkdaşlığı müzakirə edəcəyik.
Etiraf edim ki, "Soliton" bizə əhəmiyyətli yardım edir. İstər pul, istərsə də invertar şəklində vəsait ödəyirlər".
Qeyd edək ki, ötən ildən "Soliton" mağazalar şəbəkəsinin adı EFA-nın bütün yaş qruplarından ibarət komandalarının formalarında əks olunur.
EFA U-10 və U-12 istisna olmaqla, AFFA-nın təşkil etdiyi 11 liqadan 9-da iştirak edir.
Mirağa