Ayna saytına istinadən ain.az xəbər verir.
"Deyərdim ki, daha güclü sərhədi olan bir ölkə var. Bilirsiniz, hansıdır? Şimali Koreya"
“ABŞ sərhədi təhlükəsizlik baxımından Şimali Koreyadan sonra ikinci yerdədir”. AYNA.AZ NBC-yə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Pensilvaniyada keçirilən mitinqdə deyib.
"Deyərdim ki, daha güclü sərhədi olan bir ölkə var. Bilirsiniz, hansıdır? Şimali Koreya", - Amerika lideri deyib.
Siyasətçi qeyd edib ki, Şimali Koreyanın sərhədi boyunca yeddi elektrikləşdirilmiş hasar quraşdırılıb: “Birinci hasardan sonra keçməyə cəhd edən hər kəs çətinliklə sağ qalır. İkincidən sonra bu, praktiki olaraq mümkün deyil”.
Ağ Ev rəhbəri zarafatla deyib ki, Şimali Koreya “ən təhlükəsiz sərhəd tituluna” layiq görülməlidir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.