AZ

Şuşa rayonu 7 saylı məktəbə istilik niyə verilməyib? - VİDEO

Kürdəxanı qəsəbəsində yerləşən Şuşa rayon 7 nömrəli tam orta məktəbdə bir müddətdir istiliyin olmaması valideyn və şagirdlərin narazılığına səbəb olub.
 
Onların sözlərinə görə, otaqların soyuq olması şagirdlərin sinifdə oturmasını çətinləşdirir. Nəticədə davamiyyətdə problem yaranır.
 
"Nə qədər geyinirəm, yenə də soyuqdur. Sinifdə gödəkçə ilə otururuq", - deyə məktəbli söyləyib.
 
Məsələ ilə bağlı Qarabağ Regional Təhsil İdarəsindən bildirilib ki, məktəbin qazanxanasına aid sayğacın müvafiq dövlət qurumu ilə təhvil-təslim prosesi hələ tamamlanmadığı üçün istiliklə təminatda müvəqqəti fasilə yaranıb. Bildirilib ki, sənədləşmə işləri yekunlaşmaq üzrədir və görülmüş zəruri tədbirlər nəticəsində fasilə artıq aradan qaldırılıb.
 
Daha ətraflı Baku TV-nin videomaterialında:
Seçilən
14
1
moderator.az

2Mənbələr