Ümummilli lider Heydər Əliyevin şəxsi fotoqrafı kimi çalışmış Rafiq Bağırov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə xatirəsini bölüşüb.
Publika.az xəbər verir ki, bu barədə o, "Yeni sabah"a müsahibəsində danışıb.
“1996, ya da 97-ci il idi. Prezident Aparatında struktur islahatları aparılanda vəzifəmi dəyişdirdilər. Dəyişiklikdən sonra maaşımda azalma oldu. Ulu Öndər mənə demişdi ki, nə problemin olsa, yaxınlaşıb mənə deyərsən. Mən də bundan sonra yaxınlaşıb dedim ki, cənab prezident, vəzifəmi dəyişdirib maaşımı aşağı salıblar. Soruşdu ki, kim edib? Dedim, Ramiz Mehdiyev əmr verib.