Əllərdə quruluq xüsusilə soyuq mövsümdə və tez-tez antiseptikdən istifadə edildikdə daha çox müşahidə edilir.
Pravda.az bildirir ki, problemin əsas səbəbi dərinin təbii nəmlik balansının pozulmasıdır.
Tez-tez əl yumaq, sərt sabun və kimyəvi maddələrlə təmas, soyuq və quru hava, kifayət qədər su içməmək dərinin qurumasını sürətləndirir. Yaş artdıqca dərinin nəm saxlama qabiliyyəti də zəifləyir. Bəzi hallarda əl quruluğu dermatit və ya ekzema kimi dəri xəstəliklərinin də göstəricisi ola bilər.
Əllərdə quruluğa qarşı nə etmək lazımdır?
Yüngül tərkibli, nəmləndirici sabunlardan istifadə etmək
Əl yuduqdan və antiseptikdən istifadədən
sonra nəmləndirici krem çəkmək
Qliserin, vazelin və shea yağı kimi komponentli kremlərə üstünlük vermək
Ev işləri və kimyəvi maddələrlə təmas zamanı qoruyucu əlcək geyinmək
Su qəbulunu artırmaq və isti su əvəzinə ilıq sudan istifadə etmək
Xbərdarlıq: Çatlama, qızarıqlıq və ya qaşıntı kimi əlamətlər uzun müddət keçmirsə, dermatoloqa müraciət edilməlidir.
Əminə Bayramova