AZ

Rusiyada vətəndaşlıqla bağlı andiçmə üçün tələb olunan yaş həddi 14-ə endirildi

Bakı. Trend:

Dövlət Duması Rusiyanın vətəndaşlığını qəbul edən şəxslərinandiçməsi üçün tələb olunan minimal yaş həddini 18-dən 14-ə endirənqanun layihəsini son oxunuşda qəbul edib.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə məlumat Rusiya parlamentininaşağı palatasının elektron bazasında yer alır.

Məlumata görə, dəyişikliklər “Rusiya Federasiyasınınvətəndaşlığı haqqında” qanuna edilib. Sənədə əsasən, əgər şəxs andiçməkdən imtina edərsə və ya bunun üçün gəlməzsə, onun Rusiyavətəndaşlığına qəbulu haqda qərar etibarsız hesab olunur.

Layihə hələ 13 fevralda ilk oxunuşda qəbul edilmişdi.

Sənədin izah hissəsində qeyd olunur ki, andiçmə yaşınınazaldılması vətəndaşlıq ruhunun yüksəldilməsi və RusiyaFederasiyasının Konstitusiyasına riayət etmə öhdəliyinin şüurluşəkildə qəbul edilməsi məqsədilə zəruridir.

Qeyd edək ki, Rusiya qanunvericiliyinə görə, Rusiyavətəndaşlığını əldə etmək üçün müraciət edən bütün xaricivətəndaşlar və vətəndaşlığı olmayan şəxslər mütləq qaydada rusdilində and içməlidirlər.

Seçilən
38
az.trend.az

1Mənbələr