AZ

Aİ-Ermənistan sənədi regionda yeni geosiyasi bölünmələr yaratmağa hesablanıb



"Sənəd Ermənistanı Rusiyadan uzaqlaşdırmağa yönəlsə də, bu, regionda yeni geosiyasi bölünmələr yaratmağa hesablanıb".

Bunu Newscenter.az-a Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış sənədi şərh edərkən səsləndirib. O deyib ki, bu, Rusiya-Ermənistan əlaqələrinin zəifləməsinə paralel olaraq Azərbaycan-Türkiyə münasibətlərini daha da gücləndirər. Bu isə Cənubi Qafqazın siyasi politrasını daha da rəngarəngləşdirəcək:

"Ümumilikdə, sənəd region üçün təhlükəsizlik və iqtisadi dəstək təklif etsə də, siyasi balansı gözləmədiyinə və həqiqəti təhrif etdiyinə görə gərginliyi artıracaq. Gələcəkdə Avropa Birliyinin regionda vasitəçilik rolunu zəiflədə bilər".

Partiya sədri qeyd edib ki, sənəddə Azərbaycanla bağlı qərəzli fikirlərin yer alması Baki-İrəvan arasında normallaşma prosesinə maneçilik yarada bilər:

"Ən azı bu qısamüddətli perspektivdə baş verəcək. Çünki Azərbaycanın Qarabağdakı əməliyyatlarını qərəzli şəkildə təqdim edərək Ermənistanın mövqeyini gücləndirir. Avropa Birliyi bu addımı ilə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına zərbə vurub və bu prosesə mane olmağa çalışıb. Bu sənəd xüsusi olaraq Ermənistan mərkəzli olduğu üçün Avropa Birliyinin sülh çağırışlarının təsirini azaldır. Əslində isə Avropa Birliyi daha balanslı mövqe nümayiş etdirərək regionda qurulan sülhə dəstək verməli idi".

Süleyman
Seçilən
2
1
newscenter.az

2Mənbələr