AZ

Gəncə İcra Hakimiyyəti itləri zəhərləyib? - AÇIQLAMA - VİDEO

Gəncədə İcra Hakimiyyətinin işçiləri tərəfindən itlərin kütləvi şəkildə zəhərləndirildiyi barədə iddialar yayılıb.

"Cebheinfo.az" Bakupost.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı yayılan görüntülər müzakirələrə səbəb olub.

Şikayətçinin sözlərinə görə, Gəncə şəhərinin "Komsomol" adlanan ərazisində sahibsiz itlər kütləvi şəkildə zəhərlənib:

“Heyvanlar yağışın altında can çəkişir. Balaları anasının can verməsini seyr edir. Bu hansı vicdana, insanlığa sığır?”, - deyə şikayətçi bildirib.

Görüntülərlə bağlı Gəncə şəhər İcra Hakimiyyətindən Bakupost.az -ın sorğusuna cavab olaraq bildirildi ki, Gəncə şəhəri ərazisində sahibsiz küçə heyvanlarının icra hakimiyyəti və tabeli qurumları tərəfindən zəhərlənməsi ilə bağlı səsləndirilən iddialar həqiqəti əks etdirmir:

“Məsələnin araşdırılması üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib”.

"Cebheinfo.az"

Seçilən
27
2
cebheinfo.az

3Mənbələr