AZ

“Dönəri aldıqdan sonra gec yeyiblər”: Şagirdlərin zəhərləndiyi dönərxana sahibi

ain.az, Cebheinfo saytına istinadən bildirir.

Gəncədə 8 şagirdin zəhərləndiyi “Nur Dönər” kafesinin sahibi Elnur Nəbiyev zəhərlənmə faktına münasibət bildirib.

"Cebheinfo.az" xəbər verir ki, iş adamı şagirdlərin dönəri aldıqdan sonra saxlanma qaydasını pozduqlarını iddia edib.

“Beş ildir burada fəaliyyət göstərirəm, heç bir zəhərlənmə faktı qeydə alınmayıb. Dünən təxminən saat 14 radələrində iki şagird gəlib 30 dönər götürdü, bu, kameralarda da var. 30 dönərdən səkkizində zəhərlənmə olub. Məndə olan məlumata görə, şagirdlərin çoxu dönəri aldıqdan sonra gec yeyiblər. Dönər hazır olandan sonra 30 dəqiqə ərzində yeyilməlidir. Ən azı iki saatdan sonra yeyiblər. Hətta bir nəfər dönərini qardaşına belə aparıb. Gecikmə olub, dönər vaxtında yeyilməyib”, - deyə o söyləyib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
74
8
cebheinfo.az

10Mənbələr