AZ

H1N1 qripinə yoluxmanın və ağırlaşmaların profilaktikası: Yüksəkdozalı intravenoz C vitamininin rolu

ain.az xəbər verir, Medicina saytına əsaslanaraq.

H1N1virusu hər il minlərlə insanın xəstələnməsinə səbəb olan mövsümi qrip virusları arasında xüsusi yer tutur.

Yoluxma əsasən hava – damcı yolu ilə (öskürəklə, asqıraqla, danışıqla) baş verir. Qripin gizli dövrü orqanizmə daxil olan virusların sayından və immun sistemin vəziyyətindən asılı olaraq 1-4 gün davam edə bilər.

Xəstəlik kəskin başlayır: yüksək hərarət, baş ağrısı, oynaq, əzələ ağrıları, halsızlıq, öskürək, asqırma, burun axması müşahidə olunur. Ağırlaşmamış qripdə hərarət 3-5 gün, öskürək və halsızlıq isə 2-4 həftə davam edə bilər. Xroniki xəstəliyi olan insanlarda Qrip virusu ağır nəticələrə gətirə bilir. Xəstəliyin yayılma sürəti yüksək olduğundan, həm infeksiyadan qorunma, həm də sağalma dövründə immun sisteminə dəstək vermək böyük əhəmiyyət daşıyır. Yüksəkdozalı C vit-ni - bu problemin həllində son illərin ən uğurlu təyinatıdır.

H1N1 qripindən necə qorunmalı?

1. Gigiyena qaydalarına əməl etmək

- Əlləri tez-tez sabunla yumaq

- İnsanlarla yaxın təmasdan çəkinmək

- Xəstə şəxslərlə eyni məkanda uzun müddət qalmaqdan qaçınmaq

2. İmmun sistemini gücləndirmək

- Sağlam qidalanma

- Kifayət qədər yuxu

- Stresin idarə edilməsi

- Vitamin və minerallarla zəngin qidalar

3. Yüksəkdozalı C vitamini: profilaktika və müalicədə rolu

Yüksəkdozalı C Vitamini:

- antiviral müdafiəni gücləndirir

- leykositlərin aktivliyini artırır

- antioksidant təsiri ilə hüceyrələri qoruyur

- iltihabı azaltmağa kömək edir

Bu səbəbdən qrip, soyuqdəymə və digər respirator infeksiyalar zamanı C vitamininə ehtiyac artır.

H1N1 qripində Yüksəkdozalı C Vitamini istifadəsi

1. Profilaktik təsiri

Araşdırmalar göstərir ki, yüksəkdozalı C vitamini:

- qripə tutulma riskini azaldır

- xəstələnən şəxslərdə simptomların müddətini qısaldır

2. Müalicə zamanı istifadəsi

Yüksəkdozalı C vitamininin:

- xəstəliyin ağırlığını azaltmağa

- bərpa müddətini qısaltmağa

- iltihabi reaksiyaları azaltmağa kömək edə biləcəyi elmi tədqiqatlarla sübuta yetirilmişdir.

Yüksəkdozalı C vitamini 7,5 q-50 ml, 100 ml NaCl ilə qarışdırılaraq venadaxili günaşırı tətbiq olunur.

Qeyd: Həkiminizlə məsləhətləşin.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
icma.az

2Mənbələr