Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Qarabağ”ın növbəti taleyüklü matçında hadisələrin axarı həm də baş hakim Rade Obrenoviçin fəaliyyətindən asılı olacaq. Təbii ki, arzumuz sloveniyalının bizə tərəfkeşlik etməsi deyil, yalnız ədalətin prinsiplərinə sadiq qalmasıdı. Onsuz da Ağdam təmsilçisi Çempionlar Liqasının cari mövsümdə göstərdiyi performans və əldə etdiyi nəticələr sayəsində liqa mərhələsini ilk “24-lük”də bitirməyi haqq edib. Hələ şanslar da davam edirsə, xüsusən “Benfika” və “Çelsi” kimi nəhənglərdən xallar qoparan komandanın arzusuna çatmasından daha təbii nə ola bilər? Bir daha təkrarlayırıq: bizim üçün vacib olan uğura gedən yolda süni maneələrin yaradılmamasıdı. Qalan məsələləri “Qarabağ” həll edəcək. Bəs Obrenoviç gözləntilərimizi qarşılaya bilərmi? Düzdü, onunla tanışlığımız var. Özü də “Qarabağ” və millimiz sayəsində. Ancaq "Football-plus.az"ın ənənəvi hakim tanıtmasında yuxarıdakı suala daha ətraflı məlumatlara əsaslanaraq cavab tapmağa çalışacağıq.1990-cı ildə Lyublyana şəhərində dünyaya göz açan ədalət təmsilçisi, təbii ki, karyerasına aşağı liqada başlayıb. Burda özünü qısa müddətdə yaxşı tərəfdən göstərməyə nail olduğundan xidmətinə yüksək liqa matçlarında ehtiyac duyulub. Obrenoviç ölkəsinin əsas çempionatında indiyə qədər 170 oyun idarə edib. O, bu matçlarda 733 sarı, 36 qırmızı vərəqə göstərib. Sloveniyalı 2017-ci ildən FİFA referisi statusu daşıyır. İyulun 6-da Avropa Liqasının təsnifat mərhələsinin “Derri Siti” (Şimali İrlandiya) – “Midtüllann” (Danimarka) matçında iş başında olmaqla Avropada debüt edən “qarapaltarlı” daha sonra avrokubokların bütün turnirlərinin təsnifat və əsas mərhələlərində forma geyib. Obrenoviç Millətlər Liqası, dnya çempionatının seçmə mərhələsi, 17 yaşadək futbolçuların iştirakıyla keçirilən Dünya kuboku, U-17, U-19, U-21-lar arasında Avropa çempionatı və beynəlxalq yoldaşlıq oyunlarında da baş hakim qismində çıxış edib. Həmçinini Cənubi Kipr, Yunanıstan, İspaniya, Səudiyyə Ərəbistanı və İsveçrə futbol qurumlarının dəvəti əsasında bu ölkələrin premyer-liqa və kubok oyunlarında fit çalıb.Obrenoviçlə tanışlığımıza gəlincə, o, 2021-ci ildə Qurban Qurbanovun rəhbərlik etdiyi komandasının Bakıda Şotlandiya “Aberdin”i ilə keçirdiyi Konfrans Liqasının pley-off görüşündə ədaləti qoruyub. Referi köhlən atlar”ın minimal hesabla qalib gəldiyi qarşılaşmada bizimkilərdən Maksim Medvedevlə Patrik Andradeyə sarı vərəqə göstərib. Rəqibdən isə 4 futbolçu rəsmi xəbərdarlıqla üzləşib. Onun “Qarabağ”la növbəti görüşü 2022-ci ilə təsadüf edib. Referi bu dəfə baş yox, dördüncü hakim kimi iş başında olub. Söhbət Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Bakıda Plzen “Viktoriya”sıyla qolsuz heç-heçə edilən görüşdən gedir. “Fit sahibi” həm də U-21-in Sloveniyada təlim-məşq toplanışında keçirdiyi oyunda meydanda olub. Komandamızın 2016-cı ildə sloveniyalı həmyaşıdlarına qarşı keçirdiyi yoxlama matçında ədaləti təmsil edən hakim 2:1 hesablı qələbəmizə şahidlik edib.Ümumiyyətlə, Obrenoviç karyerası ərzində 317 görüş idarə edib, 1372 sarı, 66 qırmızı vərəqə göstərib.KƏNAN BAHADIR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.