AZ

Ərdəbil-Parsabad dəmiryolu Azərbaycanla yükdaşımalara öz töhfəsini verə bilər - Ərdəbil valisi

İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətində Ərdəbil-Parsabad dəmiryolu xətti bu vilayət ilə Azərbaycan arasında dəmiryolu əlaqələri və yükdaşımalara öz töhfəsini verə bilər.

Day.Az xəbər verir ki, bunu Trend-ə müsahibəsində İranın Ərdəbil vilayətinin valisi Məsud İmami Yeganə deyib.

Onun sözlərinə görə, Ərdəbil-Parsabad dəmiryolu xətti Ərdəbil-Miyana dəmiryolu xəttinin ikinci hissəsi hesab olunur.

İmami Yeganə əlavə edib ki, təxminən 270 km uzunluğunda olan Ərdəbil-Parsabad dəmiryolu xəttinin tikintisi ilə əlaqədar tədqiqatın müəyyən bir hissəsi başa çatdırılıb.

Ərdəbil valisi deyib ki, hazırda İranın Plan və Büdcə Təşkilatından bu dəmiryolu xəttinin tikintisi üçün texniki lisenziyanın verilməsi ilə əlaqədar işlər aparılır.

"Hazırda Ərdəbil valiliyi tərəfindən diqqət mərkəzində saxlanılan məsələlərdən biri Parsabad rayonunun Təzəkənd kəndində dəmiryol terminalının tikilməsidir. Bu terminal Azərbaycanın İmişli rayonunun qarşısında yerləşir. Həmin bölgə ilə yaxından tanışlıq olacaq. Ötən illər ərzində bu dəmiryolu ilə əlaqədar iki ölkə arasında razılaşma əldə olunub. İran hökuməti bu dəmiryolu ilə əlaqədar razılığını elan edib. Bu dəmiryolu xətti də Ərdəbil vilayəti ilə Azərbaycan arasında dəmiryolu əlaqələrinin inkişaf etməsinə şərait yarada bilər. Sözügedən dəmiryolu Ərdəbil vilayətinin Cənubi Qafqaz, Avrasiya İqtisadi İttifaqı və Şərqi Avropa ölkələrinə dəmiryolu vasitəsi ilə çıxışını təmin edəcək", - deyə o qeyd edib.

Seçilən
8
1
day.az

2Mənbələr