AZ

Aİ səfirləri Rusiya nefti daşıdığı iddia edilən 40 tankere qarşı sanksiyaları razılaşdırdı

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Avropa İttifaqının (Aİ) səfirləri Ukraynada müharibənin başlanmasından bəri ilk dəfə əsas sanksiya paketlərindən kənar “kiçik blok” sanksiyaları razılaşdırıblar. Bu sanksiyalar paketinə Rusiya nefti daşıdığı iddia edilən təxminən 40 tanker və müxtəlif ölkələrin vətəndaşları da daxil olmaqla, Rusiya ilə əlaqəsi olan təxminən 10 fiziki şəxs daxil ediləcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatına Brüsseldəki diplomatik mənbələr məlumat verib.

“Ukrayna ilə bağlı, əsas sanksiya paketlərindən kənar olaraq, Aİ səfirləri Rusiya əleyhinə məhdud sanksiya blokunu təsdiqləyiblər. Aİ-nin qara siyahısına təxminən 40 tanker və Rusiya ilə bağlılığı olan, o cümlədən xarici ölkə vətəndaşları daxil olmaqla, bir neçə fiziki şəxsin salınması razılaşdırılıb,” – deyə diplomat bildirib.

O əlavə edib ki, bu sanksiyalar 15 dekabrda Brüsseldə keçiriləcək xarici işlər nazirlərinin toplantısında təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
bizimyol.info

1Mənbələr