ain.az, Unikal.az portalına istinadən məlumat yayır.
Gizlilik şəraitində yaşayan Venesuela müxalifətinin lideri Mariya Korina Maçado bu gün Osloda Nobel Sülh Mükafatını alacağı gözlənilir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, mərasimə saatlar qalmış Norveçin NRK televiziyası onun iştirak etməyəcəyini açıqlayıb. Nobel İnstitutu onun adından mükafatı qızının qəbul edəcəyini bildirib.
Maçado ilə dünən keçirilməsi planlaşdırılan mətbuat konfransı əvvəlcə təxirə salınıb, sonra isə tamamilə ləğv edilib. Maçadonun harada olduğu və Venesuelanı tərk edib-etmədiyi məlum deyil.
Xatırladaq ki, Oslodakı Nobel Komitəsi 2025-ci il sülh mükafatının Maçadoya Venesuela xalqının demokratik hüquqlarının irəliyə aparılması uğrunda yorulmaz fəaliyyətinə görə təqdim edib.
Gülayə Mecid
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.