AZ

“Günəşli” sağlamlıq mərkəzində müalicə və istirahət şəraiti yaxşılaşdırılıb (FOTO)

Bakı. Trend:

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK)tərəfindən həmkarlar ittifaqı üzvlərinin əmək hüquqlarınınmüdafiəsi, layiqli iş şəraitinin yaradılması, əməyintəhlükəsizliyi, asudə vaxtının mənalı keçirilməsi tədbirləri iləyanaşı, sağlamlığının qorunması və istirahətinin səmərəli təşkiliistiqamətində də ardıcıl və sistemli tədbirlər həyata keçirilir,müalicə və istirahət mərkəzlərində şərait yaxşılaşdırılır.

Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən AHİK-in“Günəşli” sağlamlıq mərkəzində də şərait yaxşılaşdırılıb,infrastruktur yenilənib, mərkəz müasir tibbi avadanlıqlarla təchizedilib.

AHİK-in, dövlət qurumlarının nümayəndələri və Milli Məclisindeputatları mərkəzdə görülən işlərlə tanış olublar.

Məlumat verilib ki, “Günəşli” sağlamlıq mərkəzi inzibati bina,iki yataq korpusu, müalicə korpusu, diaqnostika mərkəzi, klub, rəqsvə idman meydançalarından ibarətdir. Burada ümumilikdə 243çarpayılıq 133 otaq vardır. Sinir sistemi xəstəliklərinin müalicəsiüzrə ixtisaslaşan mərkəz fizioterapiya xidmətləri, müalicəvinaftalan, paranaft və mineral su vannaları təqdim edir. Buradahəmçinin kedr çəlləyi, akupunktura, biopunktura, limfodrenaj,neyroson, ozonoterapiya, inhalyasiya və digər müalicə-profilaktikprosedurlar həyata keçirilir.

Bildirilib ki, sağlamlıq mərkəzinin yararsız halda olan yataqkorpuslarının biri əsaslı şəkildə yenidən qurulub, şərait müasirstandartlara uyğun olaraq yaxşılaşdırılıb. Korpusda zəruriavadanlıqlarla təchiz edilmiş 80 çarpayılıq 50 otaq vardır. Buradayeni tibbi avadanlıqlarla təchiz olunmuş həkim, masaj və vannaotaqları, həmçinin fizioterapiya kabinetləri müalicə alanlarınxidmətindədir.

Bununla yanaşı, ərazinin infrastrukturu yenilənib, daxiliyollara yeni asfalt örtüyü çəkilib. Yaşıllaşdırma işləriçərçivəsində əraziyə ağac və bəzək kolları əkilib, işıqlandırmasistemi yenilənib, su təchizatı yaxşılaşdırılıb. Sağlamlıq mərkəziWi-Fi internet, IP telefoniya və təhlükəsizlik kameraları ilə təminedilib.

Tədbir iştirakçıları “Günəşli” sağlamlıq mərkəzində yaradılanşərait, müalicə və istirahət imkanlarını yüksəkqiymətləndiriblər.

“Günəşli”
“Günəşli”
“Günəşli”
“Günəşli”
“Günəşli”
“Günəşli”
“Günəşli”
“Günəşli”
“Günəşli”
“Günəşli”
“Günəşli”
“Günəşli”
“Günəşli”
“Günəşli”
Seçilən
9
11
az.trend.az

10Mənbələr