AZ

Bakının mərkəzində yerləşən binanın eyvanı niyə uçub? - VİDEO - YENİLƏNİB

Bakı şəhəri Səbail rayonu Rəşid Behbudov küçəsi 12 ünvanında yerləşən 3320 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsi olan binanın ikinci mərtəbəsində yerləşən mənzilin eyvanı təbii təsirlərdən uçub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib ki, Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları ərazidə olub, binaya baxış keçiriblər. Təhlükəsizliyin təmin olunması üçün aidiyyəti qurumların əməkdaşları ilə birgə zəruri tədbirlər görülüb.

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, xüsusi mülkiyyətdə olan tarixi abidələrdə təmir-bərpa işləri mülkiyyətçi və ya balanssaxlayıcı tərəfindən, Dövlət Xidməti ilə razılaşdırmaqla həyata keçirilməlidir. Məsələ ilə əlaqədar aidiyyəti dövlət orqanlarına müraciət olunacaq”, - məlumatda vurğulanıb.

***

Sahil bağının yanında yerləşən binaların birinin eyvanı uçub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər yayılıb.

Videoda bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Məlumata görə, uçan eyvan binanın qarşısından keçən qadının üzərinə düşüb və o xəsarət alıb.

Seçilən
47
12
redaktor.az

10Mənbələr