Bakı. Trend:
ABB daha bir araşdırma-hesabatını ictimaiyyətlə bölüşüb. Bankınhazırladığı yeni hesabat səhiyyə sektoruna həsr edilib.
Hazırda dünya sürətlə artan xroniki və yoluxucu xəstəliklər,demoqrafik yaşlanma, institusional resursların məhdudluğu kimiciddi çağırışlarla üz-üzədir. Ürək-damar xəstəlikləri, xərçəng vədiabet kimi qeyri-yoluxucu xəstəliklərin genişlənməsi, peyvəndtəminatındakı fasilələr və antimikrob müqavimətinin yüksəlməsiölkələrin səhiyyə sistemlərinin dayanıqlılığını zəiflədir.
2050-ci ilə qədər bütün dünyada yaşı 60-dan çox olan əhalisayının 2 milyardı keçəcəyi gözlənilir. Bu da uzunmüddətli tibbixidmətlərə və inkişaf etmiş diaqnostik imkanlara tələbatı kəskinartıracaq. Bu baxımdan Azərbaycanın səhiyyə sektorundakı vəziyyətintəhlili də çox aktualdır.
ABB-nin təqdim etdiyi hesabatda ölkəmizin demoqrafikgöstəriciləri, səhiyyə xərcləri, insanların ömür müddəti,xəstəliklərdən ölüm səbəbləri, xəstə vətəndaşların sayı,müalicə-profilaktika xidmətləri və s. ilə bağlı detallı məlumatlar,sektorda aparılan islahatları dəstəkləyən təkliflər var.
Maraqlı tərəflər üçün faydalı olan bu cür araşdırma-hesabatlarınhazırlanması bir çox xarici bankların geniş istifadə etdiyitəcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiqedib. Bankın mütəmadi olaraq müxtəlif sahələr üzrə yaydığıaraşdırma hesabatlarla buradan tanış olabilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədəməlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internetsəhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosialşəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.