Bakı. Trend:
Materialların Mühafizəsi və Performansı Assosiasiyasının (AMPP)məlumatına əsasən, yalnız neft-qaz sənayesində korroziyanəticəsində yaranan itkilər 1 milyard ABŞ dollarını ötür.
Trend xəbərverir ki, bunu "Emerson" şirkətinin Azərbaycan və Türkiyə üzrətəhlükəsizlik həlləri satış mühəndisi Bilgehan Karakuş bu günBakıda keçirilən “Asset Integrity & Corrosion and CoatingsConference” tədbirində çıxışı zamanı deyib.
Şirkət nümayəndəsi neft-qaz sənayesində korroziya risklərininidarə olunmasında mövcud yanaşmaların üstünlükləri vəçatışmazlıqları barədə məlumat verib. O bildirib ki, CAPEX (kapitalxərcləri) yanaşması çərçivəsində korroziyaya daha davamlımetallardan istifadə etmək mümkündür:
"OPEX (operativ xərclər) baxımından isə müxtəlif inhibitorlardanyararlanmaq olar. Lakin mütəxəssisin fikrincə, bu yanaşmaların heçbiri problemin tam həlli deyil. Korroziya və eroziya proseslərimonitorinq olunmadıqda, istehsal təhlükəsizlik məqsədilə maksimumtutumdan aşağı səviyyədə saxlanılır və bu da prosesin suboptimalişləməsinə səbəb olur. Nəticədə, gözlənilməz dayanmalara rastgəlinir ki, bu da şirkətlərə milyonlarla dollar zərər vura bilər.Bəzi hallarda bu cür dayanmalər təkrarlanır, çünki ardıcıl olaraqyeni sızmalar aşkar edilir".
"Materialların Mühafizəsi və Performansı Assosiasiyasının (AMPP)məlumatına əsasən, yalnız neft-qaz sənayesində korroziyanəticəsində yaranan itkilər 1 milyard ABŞ dollarını ötür.
Mütəxəssis bildirib ki, effektiv həll yolu risklərinmonitorinqindən başlanır. Bu sahədə qaz sızmasının aşkarlanması,boru daxilində quraşdırılan korroziya zondları, kuponlar, eləcə dəER və LPR (elektrorezi̇sti̇vli̇k və xətti poliarizasiya müqaviməti)metodlarından istifadə edilə bilər. Bu üsullar boru kəmərinindaxilindəki korroziya səviyyəsini müəyyən etməyə imkan verir", -Bilgehan Karakuş vurğulayıb.
O qeyd edib ki, “Emerson”un isə ən effektiv hesab etdiyi həllqeyri-invaziv ultrasəs divar qalınlığı ölçmə (UT)texnologiyasıdır:
"Bu həll onlayn və simsiz formada tətbiq olunur. UT ölçmələrivasitəsilə borunun divar qalınlığı, korroziya sürəti və istismarmüddətinin sonuna qədər qalan resurs müəyyən edilir.
Bundan əlavə, mövcud ölçmələr analitik platformalara, o cümlədən"AspenTech" proqram təminatına inteqrasiya oluna bilər. Buraya pHgöstəriciləri, təzyiq, temperatur və xəttdaxili korroziyazondlarından alınan məlumatlar da əlavə olunur. Nəticədə daha genişanaliz və dəqiq proqnozlar əldə edilir.
Analitik nəticələr korroziya mühəndisləri, texniki xidmətmütəxəssisləri, proses mühəndisləri və qurğu menecerləri üçünfərqli ekran və hesabatlar şəklində təqdim olunur. Məsələn,korroziya mühəndisləri əsasən texniki göstəricilərlə maraqlanırsa,qurğu menecerləri üçün xərclər, itkilər, investisiya gəlirliliyi vəistehsalın nə vaxt dayandırılmalı olduğu daha önəmli olabilər".
Mütəxəssis yekunda vurğulayıb ki, bu yanaşma korroziyarisklərinin real vaxt rejimində idarə olunmasına, planlaşdırılmamışdayanmaların azalmasına və ümumilikdə istehsalın daha təhlükəsiz vəsəmərəli təşkilinə imkan yaradır.